H.Cavid prospektində Bakı şəhər sakini Ə.Məlikova məxsus mağazadan oğurluğa cəhd göstərmiş Z.Fərəciyev tutulmuşdur
02.03.2010 Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də H.Cavid prospektində Bakı şəhər sakini Əmiraslan Məlikova məxsus mağazadan açar seçmək yolu ilə oğurluğa cəhd göstərmiş Mehdiabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zakir Fərəciyev tutulmuşdur.
Z.Fərəciyevdən 0,89 qram narkotik vasitə olan tiryək götürülmüşdür.