Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 41 cinayət faktı qeydə alınmışdır

01.03.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 41 cinayət faktı qeydə alınmışdır ki, onların da 23-ü “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. 
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır. 
  • 2 yanğın hadisəsi qeydə alınmışdır. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətdiklərinə görə 28 nəfər tutulmuşdur.