Qəbələ rayonunun Savalan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
01.03.2010Martın 1-də saat 16.00 radələrində Qəbələ rayonunun Savalan kəndi ərazisində, rayon sakinləri Rafiq Əhmədovun idarə etdiyi "VAZ-21063" markalı və Mansur Bayramovun idarə etdiyi "VAZ-21061" markalı avtomaşınlar toqquşmuşlar.
Nəticədə xəsarət almış hər 2 sürücü və R.Əhmədovun sərinişini, həmyerlisi Sahilə Quliyeva, habelə M.Bayramovun sərnişinləri, həmyerlisi Mansur Quliyev və Ağdaş rayon sakini Lətafət Cəfərova xəstəxanaya yerləşdirilmişlər. R.Əhmədov orada ölmüşdür.