Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 54 cinayət faktı qeydə alınmışdır

26.02.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 54 cinayət faktı qeydə alınmışdır ki, onların da 36-ı “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.
  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 12 nəfər isə yaralanmışdır.
  • 5 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 9 fakt müəyyən edilmişdir.
  • Cinayət törətdiklərinə görə 41 nəfər tutulmuşdur.

26.02.2010 tarixinə olan kriminal məlumatlar