Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhər sakinləri Ə.İbrahimovdan və R.İbişovdan narkotik vasitələr götürülmüşdür

26.02.2010

Əzizbəyov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Əhməd İbrahimovdan 0,16 qram narkotik vasitə olan heroin  götürülmüşdür. Onun ətrafında aparılmış  tədbirlər nəticəsində, narkotik vasitəni Buta qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rəfail İbişovdan alması müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində R.İbişov tutulmuş, ondan külli miqdarda - 1 kiloqram 85 qram narkotik vasitə olan heroin  və 1 ədəd elektron tərəzi götürülmüşdür.

26.02.2010 tarixinə olan kriminal məlumatlar