Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonunun Xocəsən qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olmuşdur

26.02.2010

Fevralın 26-da saat 09.30 radələrində Qaradağ rayonunun Xocəsən qəsəbəsi ərazisində, DİN Daxili Qoşunları Baş İdarəsinin "N" saylı hərbi hissəsinin əsgəri Səhrab Məmmədovun idarə etdiyi "Land-Rover" markalı və sürücüsünün şəxsiyyəti hələlik müəyyən edilməmiş  "Ford" markalı avtomaşınlar  toqquşmuş, nəticədə  "Land-Rover" markalı avtomaşın aşmışdır. Hadisə zamanı  sürücü  S.Məmmədov və onun 9 sərnişini müxtəlif dərəcəli  bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər. Sərnişinlərdən biri xəstəxanada  vəfat etmişdir. Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.

26.02.2010 tarixinə olan kriminal məlumatlar