Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Fevralın 26-da FHN-nin "112" Xidmətinə zəng edərək yalan məlumat verən azyaşlının şəxsiyyəti müəyyən edilmişdir

26.02.2010

Fevralın 26-da saat 11.03-də, azyaşlı naməlum şəxs FHN-in "112" Xidmətinə zəng edərək, "Burada bomba var, mən erməniyəm" deyərək telefonu söndürmüşdür. Məlumat DİN-in  Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüşdür. Dərhal əməliyyat tədbirləri həyata keçirilmiş, məlumat təsdiqini tapmamışdır. DİN Baş Cinayət Axtarış İdarəsi və Gəncə ŞPİ əməkdaşlarının həyata  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Yeni Gəncə qəsəbəsində yaşayan  azyaşlı  M.U. olması müəyyən edilərək saxlanılmışdır. O, yalan məlumat verməsini etiraf etmişdir. Araşdırmalar aparılır.

26.02.2010 tarixinə olan kriminal məlumatlar