Salyan rayon sakini Bəhruz Əliyevdən külli miqdarda narkotik vasitə götürülmüşdür
24.02.2010Şirvan şəhər sakinləri Dilavər Orucov, Elmar Əliyev və İqbal Qədimov 200,39 qram narkotik vasitə olan həşişi könüllü olaraq Şirvan ŞPŞ-nə təhvil vermişlər.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şirvan ŞPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəni onlara vermiş Salyan rayon sakini Bəhruz Əliyev tutulmuş və ondan əlavə olaraq külli miqdarda - 1 kiloqram 800,22 qram narkotik vasitə olan həşiş və 2,01 qram heroin götürülmüşdür.