Gün ərzində 58 cinayət faktı qeydə alınmışdır
24.02.2010Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 58 cinayət faktı qeydə alınmışdır ki, onların da 51-i “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.
- 3 yanğın hadisəsi qeydə alınmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 50 nəfər tutulmuşdur.