Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Elşad Aşurlu oğurluq edərkən ev sahibi tərəfindən tutularaq polisə təhvil verilmişdir

24.02.2010

Fevralın 24-də Nizami rayonunun NZS qəsəbə sakini  Aral Nəcəfov polisə zəng edərək, evindən oğurluq etmiş şəxsi tutması barədə polisə məlumat vermişdir. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Nəcəfovun evindən 2 ədəd mobil telefon və 1 ədəd gödəkçəni oğurlayarkən tutulanın Bakı şəhər sakini Elşad Aşurlu olması müəyyən edilmişdir.
E.Aşurlunun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun Şərifli küçəsində yaşayan Validə Rəhmanovanın evindən də ev əşyaları oğurlaması müəyyən edilmişdir.

24.02.2010 tarixinə olan kriminal məlumatlar