Bakı şəhər sakini Elşad Aşurlu oğurluq edərkən ev sahibi tərəfindən tutularaq polisə təhvil verilmişdir
24.02.2010Fevralın 24-də Nizami rayonunun NZS qəsəbə sakini Aral Nəcəfov polisə zəng edərək, evindən oğurluq etmiş şəxsi tutması barədə polisə məlumat vermişdir. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Nəcəfovun evindən 2 ədəd mobil telefon və 1 ədəd gödəkçəni oğurlayarkən tutulanın Bakı şəhər sakini Elşad Aşurlu olması müəyyən edilmişdir.
E.Aşurlunun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun Şərifli küçəsində yaşayan Validə Rəhmanovanın evindən də ev əşyaları oğurlaması müəyyən edilmişdir.