Elektrik avadanlıqlarını oğurlayarkən Salyan rayon sakinləri İsrail Şahbazov və Məmməd Şahbazov tutulmuşlar
24.02.2010 Fevralın 24-də Sabunçu rayonu Bilgəh qəsəbəsinin ərazisində, Türkiyə vətəndaşı Ümüd Yurdsevənə məxsus "DİA-Holdinq" şirkətinin tikinti sahəsindən elektrik avadanlıqlarını oğurlayarkən Salyan rayon sakinləri İsrail Şahbazov və Məmməd Şahbazov DİN Baş Mühafizə İdarəsi və Sabunçu RPİ 14-cü PB əməkdaşları tərəfindən tutulmuşlar.