Neftçala rayonunun Astanlı kənd sakini Ağapaşa Hüseynovdan 1 ədəd ov tüfəngi götürülmüşdür
24.02.2010Fevralın 24-də saat 15.00 radələrində Neftçala rayonunun Astanlı kənd sakini Ağapaşa Hüseynov münaqişə zəminində, Neftçala rayon Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin rəisi Elton Sədiyarovu və işçisi Azad İsmayılovu ov tüfəngi ilə hədələmişdir.
Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində A.Hüseynovdan 1 ədəd ov tüfəngi götürülmüşdür. Araşdırmalar aparılır.