Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

1405 manat dəyərində Keyfiyyətsiz və istifadəyə yararsız qida məhsulu satışdan çıxarılmışdır

23.02.2010

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakının Nizami rayonu ərazisində yaşayan Türkiyə vətəndaşı Atilla Açan Bakı şəhəri Nəvai küçəsindəki fərdi şirkətində, qida məhsulu üçün keyfiyyətsiz və istifadəyə yararsız 300 qutu üzərində “Ətli, kartoflu və sosisli Çin Fəsəlisi” sözləri yazılmış un məmulatları satarkən yaxalanmışdır.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində anbara baxış zamanı əlavə olaraq istifadə müddəti bitmiş, 1.405 manat dəyərində 1.756 qutu ətli, kartoflu və sosisli un məmulatları aşkar edilərək götürülmüşdür.
Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanmışdır.