Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etdiyinə görə tutulmuş Ruslan Dadaşovun digər cinayət əməlləri müəyyən edilmişdir

23.02.2010

Əzizbəyov RPİ 1-ci PB əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş Ruslan Dadaşovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun 2009-cu ilin dekabr ayından 2010-cu ilin fevralın 15-dək olan müddət ərzində Mərdəkan qəsəbə sakinləri Famil Kazımova, Şamxal Əliyevə, Rauf Rufullayevə və Asim Güləliyevə məxsus qarajlardan, Tərlan Hümbətova, Hüseyn Məcidova, İlqar İmaməliyevə, Faiq Əhədova, Mətləb Cəfərova, Adil Babayevə, Mayıl Məmmədova, Pəhlivan Əliyevə və Şağan qəsəbə sakinləri Ümid Paşayevə, Rasim Rəhimova və Fatma Mirzəyevaya məxsus evlərdən oğurluq etməsi müəyyən edilmişdir.