Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Saxta pul əskinasları satışı ilə məxğul olan mütəşəkkil dəstə tutulmuşdur

21.02.2010

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tiədbirləri nəticəsində metronun "Gənclik" stansiyasının yaxınlığında, Lökbatan qəsəbəsində yaşayanlar Azər Abdullayev, Vüsal Salmanov,  Şamaxı şəhər sakinləri Vüqar Yolçuyev və əvvəllər məhkum olunmuş İntizam İsayev  500 ədəd 100 manatlıq saxta əskinasları, ümumilikdə 50.000 manatı 20.000 manata satarkən tutulmuşlar.
V.Yolçuyevə məxsus "Tofash" markalı  avtomaşına baxış zamanı əlavə 1 ədəd 20 manatlıq saxta əskinas və 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür.
İ.İsayevin Şamaxı şəhərində yaşadığı evə baxış zamanı qeyd olunan saxta əskinasların çap edilməsi üçün istifadə olunan xüsusi avadanlıqlar, rənglər və digər maddi sübutlar aşkar edilərək götürülmüşdür.
Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanmış, istintaq aparılır.