Qax rayonu ərazisində yol-nəqliyyat hadisəsi
21.02.2010Fevralın 21-də saat 16.40 radələrində, Qax rayonu ərazisində, rayon sakini Əlləz Rəcəbovun idarə etdiyi "VAZ-2106" markalı və Bakı şəhər sakini Zaur Məmmədovun idarə etdiyi "BMW" markalı avtomaşınlar toqquşmuşlar.
Nəticədə Ə.Rəcəbov və sərnişini, arvadı Maya hadisə yerində ölmüş, xəsarət almış Z.Məmmədov və sərnişinləri Eldar İsmayılova və Fərid Zülümova isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
DİN BDYPİ tərəfindən araşdırmalar aparılır.