Sumqayıt şəhərində quldurluq hadisəsi nəticəsində Vüqar Balayev qətlə yetirilmiş, atası İsmayıla isə kəsici alətlə xəsarət yetirilmişdir
20.02.2010Saat 07.40 radələrində, Sumqayıt şəhəri 1-ci mikrorayon ev 17/31-in girişində, naməlum şəxs odlu silahdan atəş açaraq, həmin ünvanda yaşayan Vüqar Balayevi qətlə yetirmiş, atası İsmayıla isə kəsici alətlə xəsarət yetirmişdir.
Sumqayıt ŞPİ əməldaşları tərəfindən hadisə yerindən 1 ədəd nömrəsi silinmiş "Makarov" tipli tapança götürülmüşdür.
Faktla əlaqədar qaldırılmış cinayət işi üzrə Sumqayıt ŞPİ və şəhər prokurorluğu tərəfindən əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.