Yasamal rayonu Tbilisi prospektində yol-nəqliyyat hadisəsi
20.02.2010Fevralın 20-də saat 03.25 radələrində, Yasamal rayonu Tbilisi prospektində, Biləcəri qəsəbə sakini Elməddin Sadıqov "Mercedes" markalı avtomaşını idarə edərkən, onu ağaca vurmuşdur.
Nəticədə, hadisə yerinin yaxınlığında olanlardan, Bakı şəhər sakini Gülsüm Mirzəyeva ölmüş, Siyəzən şəhər sakini Nizami Hacıyev, habelə, E.Sadıqov və sərnişinləri, Bakı şəhər sakinləri Vüqar Abdullayev, Pərviz Qədirov, Novruz İmanov isə xəsarətlə xəstəxanaya yerləşdirilmişlər.
Yasamal RPİ tərəfindən araşdırmalar aparılır.