Ailə münaqişəsi zəminində qohumu Tofiq Həsənova balta ilə xəsarət yetirmiş Bayram Əliyev tutulmuşdur
18.02.2010
Fevralın 18-də saat 23.50 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Bayram Əliyev ailə münaqişəsi zəminində qohumu Tofiq Həsənova balta ilə xəsarət yetirmişdir. Xəsarət almış T.Həsənova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Əliyev tutulmuşdur.