Səbail rayonundakı A.Babayev küçəsində L.Quliyevaya məxsus kafedə təbii qazın sızmasından partlayış baş vermişdir
18.02.2010
Saat 09.30 radələrində Səbail rayonundakı A.Babayev küçəsində, Bakı şəhər sakini Lamiyə Quliyevaya məxsus kafedə təbii qazın sızmasından partlayış baş vermişdir. Nəticədə 10 kvm sahədə mətbəxin yanar konstruksiyaları yanmış, xəsarət almış oranın işçiləri, Abşeron rayon sakini Dilbər Səfərəliyeva və Bakı şəhər sakini Anar Novruzov xəstəxanaya yerləşdirilmişlər.
Araşdırmalar aparılır.