Oğurluq etdiyinə görə tutulmuş M.İslamovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində əlavə faktlar müəyyən edilmişdir
18.02.2010 DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş M.İslamovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun əvvəllər Biləcəri Dəmir Yolu Stansiyasının ərazisindəki traktorlardan 3 ədəd akkumulyator və Biləcəri-Heybət mənzilindəki transformator qurğularının mis sarğılarını oğurlaması da müəyyən edilmişdir.