Oğurluq etdiyinə görə tutulmuş Lənkəran şəhər sakini Z.Muradovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində əlavə faktlar müəyyən edilmişdir
18.02.2010 Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulmuş Zamiq Muradovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun, cari ilin yanvar və fevral ayları ərzində Lənkəran şəhər sakinləri Mirzərza Abbasova məxsus mağazadan 140 manat, Elşən Nəsrullayevə məxsus mağazadan 70 manat, Aşur Babayevə məxsus mağazadan 70 manat, Mənsur Hüseynova məxsus kafedən isə 2 ədəd mobil telefon oğurlaması müəyyən edilmişdir.