Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Soyğunçuluq etmiş qrupun digər cinayət əməlləri müəyyən edilmişdir

17.02.2010

Binəqədi RPİ 6-cı PB əməkdaşları tərəfindən soyğunçuluq etdiyinə görə tutulmuş Vüsal Səmədovun, Pərvanə Dadaşovanın, Esmira İsmayılovanın, Məftun Musayevin və Natiq İsmayılovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində, onların Bakı şəhər sakini Zaur Zeynalovla birgə Cəmil Hüseynova qarşı zor tətbiq edərək mobil telefonunu, Bakı şəhər sakini Həmidə Qardaşovaya qarşı zor tətbiq edərək 60 manatı və şəxsiyyət vəsiqəsi olan çantasını, Bakı şəhər sakini Esmira Cəfərovanı döyərək mobil telefon və şəxsi sənədləri olan çantasını almaları müəyyən edilmişdir.
Habelə, onların 2009-cu il dekabrın 5-də Biləcəri qəsəbəsi ərazisində, qəsəbə sakini Sahib Abbasova məxsus mağazadan 150 manat oğurlamaları, cari il yanvarın 16-da isə Yasamal rayonu ərazisində, Xırdalan şəhər sakini Xanlar Məmmədova qarşı zor tətbiq edərək mobil telefonunu ondan almaları müəyyən edilmişdir.
Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Zeynalov tutulmuş, onun evinə baxış zamanı 2 ədəd mobil telefon və hadisələrin törədilməsində istifadə edilmiş “ZİL” markalı avtomaşının dövlət qeydiyyat nişanları aşkar edilərək götürülmüşdür.

17.02.2010 tarixinə olan kriminal məlumatlar