Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qala qəsəbə sakini Rasman Şamilovdan külli miqdarda həşiş götürülmüşdür

16.02.2010

Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qala qəsəbə sakini Rasman Şamilov külli miqdarda – 1 kiloqram 105,3 qram narkotik vasitə olan həşişi satarkən tutulmuşdur.
Aparılmış tədbirlər nəticəsində R.Şamilovun işlədiyi kafedən 2 kiloqram 700,7 qram narkotik vasitə olan həşiş və 1 ədəd tərəzi aşkar edilərək götürülmüşdür.     

16.02.2010 tarixinə olan kriminal məlumatlar