Səfirə məxsus mobil telefonu ələ keçirməkdə şübhəli bilinən Bakı şəhər sakini Anar Rəşidzadədən narkotik vasitə götürülmüşdür
16.02.2010 Fevralın 7-də İçəri Şəhərdəki Hərb küçəsində naməlum şəxsin Macarıstanın Azərbaycandakı səfiri Jeno Borosun etimadını qazanaraq, dələduzluq yolu ilə mobil telefonunu ondan alması ilə əlaqədar Səbail RPİ tərəfindən cinayət işi başlanmışdır.
Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 24 yaşlı Anar Rəşidzadə tutulmuşdur. A.Rəşidzadənin üzərinə baxış zamanı 10,136 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.