Qida məhsulu üçün keyfiyyətsiz və dövlət standartlarının tələbinə cavab verməyən duz məhsulu, xammal və köməkçi materiallar aşkar edilərək götürülmüşdür
15.02.2010 DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhər sakini Elçin Süleymanov Novxanı-Binəqədi şossesinin kənarında fəaliyyət göstərən “Kristal-N” fərdi şirkətinin duz sexində qida məhsulu üçün keyfiyyətsiz və dövlət standartlarının tələbinə cavab verməyən duz məhsulunun istehsalı və satışını təşkil etmişdir.
Sexə baxış zamanı 7.400 qutu üzərində “Kristal-N yodirovannaya sol AZN” sözləri yazılmış hazır duz məhsulu, 4 ton xammal və xeyli köməkçi materiallar aşkar edilərək götürülmüşdür.
Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanmışdır.