Balaxanı qəsəbə sakini Ələsgər Həsənov şübhəli şəxs qismində saxlanılmışdır
15.02.2010 Fevralın 15-nə keçən gecə Nizami rayonu Q.Qarayev prospektində Bakıxanov qəsəbə sakini Saydın Əliyevə məxsus mebel mağazasından oğurluğa cəhd göstərilmiş, Babək prospektində isə Bakı şəhər sakini Şəfayət Məmmədova məxsus “VAZ-2107” markalı avtomaşından şəxsi sənədləri oğurlanmışdır.
Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Balaxanı qəsəbə sakini Ələsgər Həsənov tutulmuşdur.