Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomaşından oğurluq etməkdə şübhəli bilinən Əmircan qəsəbə sakini Zaur Səfərov tutulmuşdur

15.02.2010

Fevralın 7-nə keçən gecə Suraxanı rayonu Əmircan qəsəbəsi ərazisində, qəsəbə sakini Məmməd Mirfətəliyevə məxsus “VAZ-21093” markalı avtomaşından 1 ədəd maqnitofon oğurlanmışdır.
Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Əmircan qəsəbə sakini Zaur Səfərov tutulmuşdur.
Z.Səfərovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun fevralın 14-də R.Feyzullayevə məxsus avtomaşından oğurluq etməsi müəyyən edilmişdir.

15.02.2010 tarixinə olan kriminal məlumatlar