Səbail rayonundakı Əlizadə küçəsində yerləşən "Elif" restoranında qaz balonu partlamışdır
15.02.2010 Saat 17.15 radələrində Səbail rayonundakı Əlizadə küçəsində Türkiyə vətəndaşı Cintosun Ömərin icarəyə götürdüyü “Elif” restoranında qaz balonu partlamışdır. Nəticədə 20 kvm. sahədə restoranın yanar konstruksiyaları yanmış, mətbəxin qapı və pəncərə şüşələri sınmış, yanıq və digər xəsarətlər almış Bakı şəhər sakinləri Mehriban Səfərova, Rauf Şirməmmədov, Əsəd Əsədov, Səkinə Əliyeva, Təranə İbrahimova və Türkiyə vətəndaşı Şimşək Camal isə xəstəxanaya yerləşdirilmişlər.
Səbail RPİ tərəfindən araşdırmalar aparılır.
Səbail RPİ tərəfindən araşdırmalar aparılır.