Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xuliqanlıq etmiş Bakı şəhər sakini Vüqar Ağayevdən narkotik vasitə, 1 ədəd bıçaq, 1 ədəd kastet və 1 ədəd dəmir dəyənək aşkar edilərək götürülmüşdür

12.02.2010

Səbail rayonu ərazisindəki “Kastlle” istirahət klubunda Bakı şəhər sakini Vüqar Ağayev xuliqanlıq zəminində həmyerlisi Elşad Əliyevi döydüyü üçün DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılmışdır.
V.Ağayevin idarə etdiyi “BMV-X5” markalı avtomaşına baxış zamanı 10,819 qram heroin, 1 ədəd bıçaq, 1 ədəd kastet və 1 ədəd dəmir dəyənək aşkar edilərək götürülmüşdür.
Fakt üzrə BMCMİ-nin İstintaq Şöbəsi tərəfindən araşdırmalar aparılır.