Gün ərzində 31 cinayət faktı qeydə alınmışdır
14.02.2010Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 31 cinayət faktı qeydə alınmışdır ki, onların da 23-ü “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır.
- 7 yanğın hadisəsi qeydə alınmışdır. Nəticədə 1 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.