Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhər sakinləri X. Məmmədov və M. İbrahimov hədə-qorxu ilə pul tələb etdikləri üçün tutulmuşlar

01.03.2006

Fevralın 28-də saat 20:00 radələrində, Gəncə şəhərində, şəhər sakinləri Xalid Məmmədov və Mehman İbrahimov, həmyerliləri Zakir Şabanova qarşı zor tətbiq edərək, onu taksi kimi istifadə edilən "Jiquli" markalı avtomaşına oturdub, Xalidin yaşadığı evə aparmışlar. Həmin evdə onlar Zakirə bıçaqla hədə-qorxu gələrək, 30 min dollar pul və ya ona məxsus "QAZ-31" markalı avtomaşını verməsini tələb etmiş və təxminən 1 saat saxladıqdan sonra buraxmışlar. Onlar Zakiri azad edərkən tələb etdiklərini yerinə yetirməyəcəyi, habelə polisə xəbər verəcəyi təqdirdə onu öldürəcəkləri ilə hədələmişlər. Z.Şabanov 01.03.06 tarixdə hadisə barədə polisə məlumat vermiş, Gəncə şəhəri Kəpəz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.Məmmədov və M.İbrahimov tutulmuşlar.