Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakinləri Natiq Xəlilzadə, Arif Səmədov, Kamil Fərəcov və “ABC Telekom” MMC-nin satış üzrə məsləhətçisi Ramin Quliyevin dələduzluq əməlləri ilə əlaqədar cinayət işi başlanmışdır

04.02.2010

Bakı şəhər sakinləri Natiq Xəlilzadə, Arif Səmədov, Kamil Fərəcov və “ABC Telekom” MMC-nin satış üzrə məsləhətçisi Ramin Quliyev cinayət əlaqəsinə girərək çoxsaylə vətəndaşların etibarından istifadə edərək, onların məlumatı olmadan adlarına saxta kredit müqavilələri ilə dəyəri 1.600 manat olan “Black-Berru-9000” markalı mobil telefonları rəsmiləşdirərək əldə etməklə onlara külli miqdarda ziyan vurmuşlar.

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 117 ədəd saxta müqavilə, 26 ədəd mobil telefon və digər texniki avadanlıqlar götürülmüşdür.

Faktla əlaqədar cinayət işi başlanmış, istintaq aparılır.

04.02.2010 tarixinə olan kriminal məlumatlar