Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu ərazisindəki Şamlıq yaşayış sahəsində yaşayan Ə.Sultanovun evinə baxış zamanı narkotik vasitələr aşkar edilərək götürülmüşdür

04.02.2010

Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şamlıq yeni yaşayış sahəsində yaşayan Əlihadi Sultanovun tiryəkxana kimi istifadə etdiyi evinə baxış zamanı 11,604 qram narkotik vasitə olan heroin, 7 ədəd şpris və 6 ədəd boş ampula aşkar edilərək götürülmüşdür.
Evdə olan Ə.Sultanovun qardaşı Səfərdən 0,236 qram, Bakı şəhər sakinləri Abbasqulu Abbasovdan 0,259 qram və Yuri Maxmudovdan 0,219 qram narkotik vasitə olan heroin götürülmüş, habelə Yunis Əhmədovun isə narkotik vasitə qəbul etməsi müəyyən edilmişdir.
Araşdırmalar zamanı onların narkotik vasitəni Bakı şəhər sakini İbrahim Məlikovdan almaları müəyyən edilmişdir.
İ.Məlikovun evinə baxış zamanı 5,439 qram heroin, 4 ədəd şpris və 3 ədəd boş ampula aşkar edilərək götürülmüşdür.

04.02.2010 tarixinə olan kriminal məlumatlar