Bakı şəhər sakini L.Ağayevaya qarşı zor tətbiq edərək mobil telefonunu ondan almış Bərdə rayon sakini R.Novruzov tutulmuşdur
04.02.2010 Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 4-də Azadlıq prospektində Bakı şəhər sakini Lalə Ağayevaya qarşı zor tətbiq edərək mobil telefonunu ondan almış Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Novruzov tutulmuşdur.