Yasamal rayonu 2-ci Alatava yaşayış sahəsində kirayədə yaşayan R.Hümbətov və onun üç qızı dəm qazından zəhərlənmişlər
04.02.2010 Fevralın 4-nə keçən gecə Yasamal rayonu 2-ci Alatava yaşayış sahəsi ev 2-də, orada kirayədə yaşayanlar, Tərtər rayon sakinləri Rasim Hümbətov, onun qızları Fatma, Gülşən və Ayşən dəm qazından zəhərlənmişlər. Gülşən və Ayşən ölmüş, R.Hümbətov və Fatma isə xəstəxanaya yerləşdirilmişlər. Araşdırmalar aparılır.