Xaçmaz rayonsakinləri Q.Əliyev və E.Məmmədov balıq tutmaq üçün qayıqla dənizə çıxmış və geri qayıtmamışlar
04.02.2010 Fevralın 4-də saat 11.00 radələrində Xaçmaz rayonunun Niyazoba kənd sakinləri Qurban Əliyev və Elxan Məmmədov balıq tutmaq məqsədi ilə qayıqla dənizə çıxmış və geri qayıtmamışlar. Axtarış zamanı qayıq dənizin sahilində aşkar edilmiş, Q.Əliyevin və E.Məmmədovun tapılması üçün tədbirlər davam etdirilir.