Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakinləri Dürdanə Əliyeva, Şəfiqə Həsənova və Bərdə rayon sakini Sevil Şərifova saxta diplom hazırlayaraq satdıqlarına görə saxlanılmışlar

26.01.2010

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Dürdanə Əliyeva, Şəfiqə Həsənova və Bərdə rayon sakini Sevil Şərifova əlbir olaraq Nərgizə Əhmədovanın adına tərtib olunmuş, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin “İbtidai Sinif Müəllimi” fakültəsini bitirməsi barədə saxta diplomu hazırlayaraq, Nərgizənin əri Eldar Axundova 12.500 dollara satdıqlarına görə saxlanılmışlar. Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində araşdırmalar aparılır.