Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Yasamal rayon sakini R.İdrisovaya məxsus avtomaşından şüşəni sındırmaq yolu ilə oğurluq etmiş Ə.Təvəkkülov tutulmuşdur

26.01.2010

Yanvarın 26-na keçən gecə Yasamal rayonu H.Cavid prospektində yaşayan Raidə İdrisovaya məxsus “Nissan” markalı avtomaşından şüşəni sındırmaq yolu ilə 15 manat və 2 ədəd eynək oğurlanmışdır. Yasamal RPİ 27-ci PB  əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Əliheydər Təvəkkülov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2009-cu il noyabrın 24-də Rəşad Qasımovun və 2010-cu il yanvarın 21-də Yasin Mustafayevin avtomaşınlarından da oğurluq etməsi müəyyən edilmişdir.