Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ailə-məişət münaqişəsi zəminində qardaşı Sahib Fərzəliyevə soyuq silahla xəsarətlər yetirmiş Sabirabad rayon sakini Mərifət Fərzəliyev tutulmuşdur

24.01.2010

Saat 16.10 radələrində Sabirabad rayonunun Əsədli kəndi ərazisindən, kənd sakini Sahib Fərzəliyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətmiş S.Fərzəliyevin qardaşı Mərifət tutulmuşdur.