Qax rayonunun Qoragan kəndi ərazisində yol-nəqliyyat hadisəsi
24.01.2010 Saat 19.00 radələrində Qax rayonunun Qoragan kəndi ərazisində Şəki şəhər sakini Rövşən İsmayılovun idarə etdiyi “VAZ-21074” markalı və Marsan kənd sakini Asim Mustafayevin idarə etdiyi “Moskviç-2141” markalı avtomaşınlar toqquşmuş, sonradan R.İsmayılov idarəetməni itirərək onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə R.İsmayılov və sərnişinləri, anası Nabat, həmyerliləri Nigar Allahverdiyeva və Ruslan Tanrıverdizadə hadisə yerində ölmüş, xəsarət almış Bayram Tanrıverdizadə isə xəstəxanaya yerləşdirilmişdir. Qax RPŞ tərəfindən araşdırmalar aparılır.