Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 39 cinayət faktı qeydə alınmışdır

22.01.2010

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 39 cinayət faktı qeydə alınmışdır ki, onların da 30-u “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 7 cinayətin üstü açılmışdır. 
  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər yaralanmışdır. 
  • 1 yanğın hadisəsi qeydə alınmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətdiklərinə görə 32 nəfər tutulmuşdur.