Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mütəşəkkil dəstənin başçısı və bir üzvü tutulmuş, digərlərinin tutulması istiqamətində tədbirlər görülür

22.01.2010

Yanvarın 22-də Çin Xalq Respublikasının vətəndaşı Liu Genyong ərizə ilə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək 2009-cu il noyabr ayının 13-də həmyerliləri tərəfindən onun və qardaşı Liu Xiaolein Masallı rayonu ərazisindən oğurlanaraq Bakı şəhərinə gətirilib 2 gün saxlanılmaları, arvadı Huonq Suzhendən 22.000 dollar alındıqdan sonra azad edilmələrini bildirmişdir.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının dərhal həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş mütəşəkkil cinayətkar dəstənin başçısı, Çin Xalq Respublikasının vətəndaşı Ci Fonq Pinq və dəstənin üzvü, həmyerlisi Hu Ye yaxalanmışlar. Mütəşəkkil dəstənin digər üzvlərinin də müəyyən edilib tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla əlaqədar Baş Mütəşəkkiil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsi tərəfindən cinayət işi başlanmışdır.