Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sabirabad rayonunun Güdəcühür kənd sakini Murad Əmirovun evinə baxış zamanı külli miqdarda marixuana aşkar edilərək götürülmüşdür

21.01.2010

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonunun Güdəcühür kənd sakini, əvvəllər məhkum olunmuş Murad Əmirovun həyətinə və evinə baxış zamanı külli miqdarda – 5 kiloqram 105 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür.