Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi
21.01.2010 Saat 19.00 radələrində Cəlilabad rayonunun Uzuntəpə kəndi ərazisində, Cəlilabad rayon sakini Samir Həsənov atasına məxsus “VAZ-21074” markalı avtomaşını idarə edərkən Xəlilabad kənd sakini Siyasət Əsədullayevi vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş S.Əsədullayev orada ölümüşdür. Cəlilabad RPŞ tərəfindən araşdırmalar aparılır.