Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan Eldar Baxşıyev tutulmuşdur

15.01.2010

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ciunayət Məcəlləsinin 180 ( Soyğunçuluq), 182 (Hədə-qorxu ilə tələb etmə), 331 (Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə axtarışda olan Eldar Baxşıyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun yanvarın 14-də Yeni Suraxanı qəsəbə sakini Mehman Əmiraslanovun evindən 1 ədəd mobil telefon və 1 ədəd qol saatı oğurlaması müəyyən edilmişdir.