Bakı şəhər sakini, ruhi xəstə Fərid Şıxəliyev tibb mərkəzinin baş həkimini və həkimini döymüşdür
15.01.2010 Saat 15.00 radələrində Bakı şəhər sakini, ruhi xəstə Fərid Şıxəliyev Xətai rayonu Cavanşir küçəsindəki “Əhmədli” Tibb Mərkəzinə gəlib baş həkim Alim Şıxəliyevi və həkim Mais Cəfərovu döymüş, baş həkimin oğlu Elnura isə bıçaqla qolundan xəsarət yetirmişdir. Xətai RPİ 36-cı PB əməkdaşları tərəfindən F.Şıxəliyev saxlanılmışdır. Araşdırmalar aparılır.