Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etmiş Xocasən qəsəbə sakini Müşfiq Məmmədəliyev tutulmuşdur

15.01.2010

Yanvarın 15-nə keçən gecə Sulutəpə qəsəbə sakini Anar Məmmədovun həyətindən 700 metr uzunluğunda kabel oğurlanmışdır. Binməqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Xocasən qəsəbə sakini Müşfiq Məmmədəliyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun yanvarın 10-da Xocasən qəsəbə sakini Ziyəddin Əliyevin evindən 50 metr uzunluğunda elektrik kabeli, 1 ədəd qızdırıcı və 1 ədəd elektrik mişarı oğurlanması müəyyən edilmişdir.