Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Daşkəsən rayon sakini Şirzad Hüseynov tutulmuşdur

14.01.2010

Saat 23.30 aradələrində metronun “İnşaatçılar” stansiyası yaxınlığında naməlum şəxs Bakı şəhər sakini Samir Ələkbərovun idarə etdiyi “Mercedes” markalı avtomaşına sərnişin qismində oturub Kürdəxanı qəsəbəsinə gedəcəyini bildirmiş və mənzil başına çatdıqda ona qarşı zor tətbiq edərək avtomaşınını və mobil telefonunu əlindən alıb gedərkən DİN-in Çevik Polis Alayı əməkdaşları tərəfindən tutulmuşdur. Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı həmin şəxsin Daşkəsən rayon sakini Şirzad Hüseynov olması müəyyən edilmiş və ondan 0,236 qram heroin götürülmüşdür.